Semyon Petlyura

Semyon Vasiliyeviç Petlyura
ukr. Си́мон (Семен) Васильович (Василійович) Петлюра
bayraq
Ukrayna Xalq Respublikasının Direktoru
13 fevral 1919 – 25 may 1926
ƏvvəlkiVladimir Vinçenko
SonrakıAndrey Liviçiski
Şəxsi məlumatlar
Doğum tarixi 22 may 1879(1879-05-22)
Doğum yeri
Vəfat tarixi 25 may 1926(1926-05-25)[1] (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Milliyyəti ukraynalı
Vətəndaşlığı Ukrayna Ukrayna
İxtisası hərbçi
Fəaliyyəti hərbi və dövlət xadimi
Atası Vasili Petlyura
Həyat yoldaşı Olqa Afanasevna Petlyura
Uşağı Lesi Petlyura
Dini xristian, pravoslav
Rütbəsi Ataman

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

(ukr. Си́мон (Семен) Васильович (Василійович) Петлюра Semyon (Simon[3][4][5]) Vasileviç Petlyura (ukr. Си́мон (Семен) Васильович (Василійович) Петлюра; 22 may 1879, Poltava[2]25 may 1926[1], Paris[2]) — Ukrayna hərbi və siyasi xadimi, publisist, ədəbiyyat və teatr tənqidçisi, 1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri. Ordunun və donanmanın baş atamanı.

O, qədim kazak ailəsinin nəslindəndir. Ukrayna Silahlı Qüvvələrinin təşkilatçısı və Hərbi işlər üzrə baş katib vəzifəsində Ukrayna Mərkəzi Radası Baş Katibliyinin üzvü (28 iyun - 31 dekabr 1917) olub. Getman Pavel Skoropadskinin hakimiyyəti altında siyasi məhbus (27 iyul - 12 noyabr 1918) həyatı yaşayıb. Ukrayna Xalq Respublikası (UXR) qoşunlarının baş komandanı (1918-ci ilin noyabrından), Ukrayna Milli Xalq Cümhuriyyəti İdarəsinin 2-ci sədri (9 may 1919 - 10 noyabr 1920) vəzifələrini yerinə yetirib. XX əsrdə Ukraynanın müstəqilliyi uğrunda döyüşüb. Ukraynanın Milli Qəhrəmanı.

Petlyuraçılar termini onun soyadından götürülüb, Sovet və Rusiya təbliğatında Ukrayna Xalq Respublikası Ordusunun üzvlərini təsvir etmək üçün istifadə olunub. Simyon Petlyura Ukraynanın müstəqilliyi uğrunda döyüşənlərdən biri olub. Sovet təbliğatı onu və UXR hakimiyyətini antisemitizmdə və yəhudilərin talanında ittiham edib. Stepan Bandera və Roman Şuxeviç kimi SSRİ təbliğatı Petlyuranı Ukrayna düşməni kimi təqdim edib.

Sovet Rusiyasının Ukraynanı ilhaq etməsindən sonra Petlyura mühacirətə gedib. Petlyura 1926-cı ildə Parisdə yəhudu talanları zamanı qohumlarını itirmiş yəhudi anarxist Şölem Şvarsburd tərəfindən qətlə yetirilib.

  1. 1 2 Symon Petlyura // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118593218 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Петлюра, Симон (Семен) Васильевич". Энциклопедия Кругосвет. 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-07.
  4. "Слова на П — Алфавитный указатель — Большая Советская Энциклопедия". soviet-encyclopedia.ru. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-07.
  5. "Петлюра Семен (Симон) Васильевич". Хронос: Биографический указатель. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-07.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search